Azərbaycanda ilk dəfə “Young Lions Azerbaijan” Yaradıcılıq Müsabiqəsi Topazın dəstəyi ilə baş tutacaq!
Young Lions Competitions Azerbaijan 2020 Azərbaycan 2020-ci ildə Fransanın Kann şəhərində keçirilən “Young Lions Competition”ın finalında Topazın baş sponsorluğu ilə Print və Film kateqoriyalarında iki komandanın iştirak etməsi üçün haqq qazandı. Reklam və marketinq kommunikasiyaları sahəsində gənc mütəxəssislər arasında keçirilən müsabiqəyə iki nəfərdən ibarət komandaya kreativ işin yaradılmasına 24 saatdan 48 saata kimi vaxt veriləcək. Göndəriləcək işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Hər kateqoriya üzrə ən çox bal toplamış komanda müsabiqədə qalib gəlir. Qalib komandanın üzvləri həm “Young Lions Competition”ın finalında çıxış etmək hüququ qazanır, həm 22-26 iyun 2020-ci il tarixlərində Fransada keçiriləcək “Cannes Lions” festivalında nümayəndə kimi iştirak etmək hüququnu qazanır. |
«Young Lions Competitions Azerbaijan 2020»da iştirak meyarları aşağıdakı kimidir:
- İki nəfərdən ibarət komanda yaratmaq;
- İştirak qaydalarını diqqətlə oxumaq;
- Qeydiyyat üçün ərizə doldurub təşkilatçıya təqdim etmək;
Qeydiyyat üçün müraciətlər iki kateqoriya üzrə qəbul olunur: Film və Print. Qeydiyyat ərizələrinin qəbulu 3 aprel 2020-ci il, Cümə günü, Bakı vaxtı ilə saat 24:00-da başa çatır.
Müsabiqəyə kreativ sahədə çalışan mütəxəssislər - reklam və ya digital agentliklərin, studiyaların işçiləri, və eyni zamanda frilanserlər də qatıla bilərlər.
Komandanın hər iki iştirakçısı “Young Lions” müsabiqəsinin beynəlxalq meyarlarına cavab verməlidir:
- Film və Print kateqoriyalarında yarışan iştirakçıların yaşı “Cannes Lions" festivalının keçirilməsi zamanı (2020-ci il iyunun 22-dən 26-dək) 30-dan yuxarı olmamalıdır.
- İştirakçı Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- İştirakçının etibarlı olan xarici pasportu olmalıdır və səyahət məhdudiyyəti olmamalıdır;
- İştirakçı İngilis dilini yaxşı başa düşməli və danışmalıdır;
- İştirakçı iMac kompüterində işləməyi bacarmalıdır.
Müsabiqənin hər bir iştirakçısı bir kateqoriya (Film və ya Print) üzrə qeydiyyatdan keçə bilər. Müsabiqədə yalnız qeydiyyatdan keçmiş komandalar iştirak edə bilər.
Hər bir kateqoriyada ən azı 5 komanda qeydiyyatdan keçməlidir. Bir kateqoriyada iştirak edən komanda sayı 5-dən az olduğda, həmin kateqoriya üzrə müsabiqə keçirilməyəcəkdir.
Hər kateqoriya üçün təmin edilən brifə ingilis dilində məlumat, eləcə də iştirakçıların üzərində işləyəcəkləri məqsəd və vəzifələr daxildir. Brif müsabiqə cədvəlinə uyğun olaraq təqdim olunacaq:
- Film və Print kateqoriyaları üzrə iştirakçılar 11 aprel tarixində brifi həm canlı, həm e-mail vasitəsilə elektron formada alacaqlar. Brif toplantısı səhər saat 10:00-da W Space-də baş tutacaq. Print kateqoriyası üzrə işin ən gec təhvil verilmə vaxtı 12 aprel saat 12:00, film kateqoriyası üzrə işin ən gec təhvil verilmə vaxtı isə 13 aprel 12:00-dır.
Müsabiqə çərçivəsində yaradılan bütün işlər müvafiq briflərdə göstərilən tələblərə uyğun olmalıdır.
15 aprel - 22 aprel 2020 tarixləri arasında təşkilatçı tərəfindən seçilmiş münsiflər heyəti iki kateqoriyanın hər birində qalib gələn komandaları müəyyənləşdirəcək. Münsiflər heyətinin qərarı müzakirə olunmur və dəyişdirilə bilməz. Təşkilatçı zəruri hallarda münsiflər heyətini seçmək və dəyişdirmək hüququna malikdir.
Münsiflər Heyəti hər iki kateqoriya üzrə iki iştirakçıdan ibarət qalib komandanı müəyyənləşdirir.
Müsabiqənin əsas mükafatı Film və Print kateqoriyalarında iki nəfərdən ibarət komanda üçün Fransada keçiriləcək «Young Lions Competitions 2020» finalında iştirak etmək hüququdur. Qaliblərin festivalda iştirak xərcləri “Topaz” tərəfindən qarşılanacaq. Buraya 22-26 iyun tarixləri arasında 5 gün müddətində “Cannes Lions” festivalında “Young Lions” kimi qeydiyyata alınmaqla, seminarlar, vörkşoplar, forumlar, master-klaslar, təqdimatlar, festivalın bağlanış mərasimi, qaliblərin mükafatlandırılma mərasimi və "Young Lions Competitions 2020" yarışmasının finalında iştirak daxildir.
Təqdim olunan işlərin səviyyəsi aşağı olduqda, Təşkilatçı, Münsiflər Heyəti ilə razılaşdıraraq, qalibi müəyyən etməmək hüququna malikdir.
Təşkilatçı iştirakçıların Şengen vizasını əldə etməyi üçün Fransanın Bakıdakı Səfirliyinə əlavə məktublar təqdim edir, lakin viza almaq üçün vasitəçi xidmətlər göstərmir və qalib komandanın üzvlərinin viza almasına zəmanət vermir. Qalib gələn komandanın üzvləri vizanın alınması üçün bütün lazımi sənədlərin təmin edilməsi üçün tam məsuliyyət daşıyırlar.
Qaliblərin yol və qonaqlama xərcləri həmçinin “Topaz” tərəfindən qarşılanacaq.
Müsabiqə iştirakçıları Film və Print kateqoriyalarının hər birində ortaya qoyduqları işlərdə istifadə etdikləri bütün materialların (fotoşəkillər, illüstrasiyalar, musiqi və s.) üçüncü tərəflərin müəllif və mülkiyyət hüquqlarını pozmadığına və işlərinə dair hər hansı bir iddianın olmadığına razıdırlar. Təqdim olunan hər hansı bir işdə üçüncü şəxslərin materiallarından qanunsuz istifadə olunduğu halda, təşkilatçı həmin işi müsabiqədən kənarlaşdıra bilər. “Young Lions Competitions Azerbaijan 2020” müsabiqəsində təqdim olunan bütün işlərin müəllifliyi və həmmüəllifliyi iştirakçıların ixtiyarındadır, lakin işlər kommersiya məqsədləri üçün istifadə edilə bilməz. Müsabiqədə iştirak etmək üçün işlərini təqdim edən iştirakçılar, təşkilatçıya (red. Topaz nəzərdə tutulur) işlərini istənilən formada dəyişdirmək və nəşr etmək üçün məhdudiyyətsiz hüquq verirlər.
Qeydiyyat üçün ərizə dolduraraq iştirakçılar Azərbaycanda təşkilatçı tərəfindən keçirilən “Young Lions Competitions Azerbaijan 2020” qaydaları ilə razılaşırlar.
Müsabiqənin formatı onlayndır. İştirakçılar uzaqdan işləyəcək və işlərini onlayn təqdim edəcəklər. Bununla da, Azərbaycanın bütün şəhərlərindən olan istedadlı mütəxəssislərin maksimum iştirakını təmin etmək istəyirik. "Topaz Young Lions Competitions Azerbaijan 2020" qaliblərinin mükafatlandırılması 25 Aprel Muğam Mərkəzində keçiriləcək.
Müsabiqənin heşteqi: #younglionsaze
Müsabiqə cədvəli
Bazar ertəsi
Bazar ertəsi
“Topaz”-ın dəstəyi ilə “Young Lions Azerbaijan” gənc aslanları özünü göstərməyə və “Cannes Lions” həyəcanına səsləyir!
Çərşənbə
18:00:00
Çərşənbə
18:00:00
Görüşümüz müsabiqə öncəsi bilgiləndirmə xarakteri daşıyır.
bazar ertəsi
15:00:00
bazar ertəsi
15:00:00
Qeydiyyat üçün müraciətlər iki kateqoriya üzrə qəbul olunur: Film və Print. Qeydiyyat ərizələrinin qəbulu 3 aprel 2020-ci il, Cümə günü, Bakı vaxtı ilə saat 24:00-da başa çatır.
Bazar ertəsi
Bazar ertəsi
Beynəlxalq münsiflər heyətinin tərkibi elan edilir.
Cümə
00:00:00
Cümə
00:00:00
Qeydiyyat 3 Aprel Cümə günü, Bakı vaxtı ilə saat 24:00-da başa çatır.
Şənbə
10:00:00
Şənbə
10:00:00
Film və Print kateqoriyaları üzrə iştirakçılar 11 aprel tarixində brifi həm canlı, həm e-mail vasitəsilə elektron formada alacaqlar. Brif toplantısı səhər saat 10:00-da W Space-də baş tutacaq.
Cümə axşamı
Cümə axşamı
Şənbə
15:00:00
Şənbə
15:00:00
Bazar ertəsi
Bazar ertəsi
Cümə
Cümə
E-mail: info@canneslions.az
Telefon: +994 55 703 11 20