"Young Lions Azerbaijan 2022" Yaradıcılıq Müsabiqəsi həyəcanı yenidən başlayır!

Young Lions Competitions Azerbaijan 2022
 

Azərbaycan 2022-ci ildə keçirilən “Young Lions Competition”ın finalında PrintFilm kateqoriyalarında iki komandanın iştirak etməsi üçün haqq qazandı. 
 

Reklam və marketinq kommunikasiyaları sahəsində gənc mütəxəssislər arasında keçirilən müsabiqədə iki nəfərdən ibarət komandaya kreativ işin yaradılmasına 24 saatdan 72 saata kimi vaxt veriləcək. Göndəriləcək işlər yerli və beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Hər kateqoriya üzrə ən çox bal toplamış komanda müsabiqədə qalib gəlir. Qalib komandanın üzvləri 16 may-7 iyun tarixlərində “Young Lions Competition”ın online keçiriləcək finalında çıxış etmək hüququ qazanır.

"Young Lions Azerbaijan" layihəsinin rəsmi sponsoru Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və dəstəkçisi Kreativ Azərbaycan Portalıdır.

"Young Lions Azerbaijan" müsabiqəsinin şərtləri
Qeydiyyat

"Young Lions Azerbaijan 2022" müsabiqəsində iştirak meyarları aşağıdakı kimidir: 

- İki nəfərdən ibarət komanda yaratmaq;

- İştirak qaydalarını diqqətlə oxumaq;

- Qeydiyyat üçün ərizə doldurub təşkilatçıya təqdim etmək;

Qeydiyyat üçün müraciətlər iki kateqoriya üzrə qəbul olunur: Film və Print. Qeydiyyat ərizələrinin qəbulu 13 aprel 2022-ci il, Çərşənbə, Bakı vaxtı ilə saat 24:00-da başa çatır.

İştirak meyarları

Müsabiqəyə kreativ sahədə çalışan mütəxəssislər — reklam və ya digital agentliklərin əməkdaşları, studiya və ya prodakşn şirkətinin əməkdaşları və eyni zamanda frilanserlər də qatıla bilərlər.

Komandanın üzvləri eyni şirkət əməkdaşları olmaya da bilər.

Komandanın hər iki iştirakçısı “Young Lions” müsabiqəsinin beynəlxalq meyarlarına cavab verməlidir:

- Film və Print kateqoriyalarında yarışan iştirakçıların doğum günü 24.06.1990-dan sonrakı tarixdə olmalıdır;

- İştirakçı Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

- İştirakçı İngilis dilini yaxşı başa düşməli və danışmalıdır.

Kateqoriyalar

Müsabiqənin hər bir iştirakçısı bir kateqoriya (Film və ya Print) üzrə qeydiyyatdan keçə bilər. Müsabiqədə yalnız qeydiyyatdan keçmiş komandalar iştirak edə bilər. 

Hər bir kateqoriyada ən azı 5 komanda qeydiyyatdan keçməlidir. Bir kateqoriyada iştirak edən komanda sayı 5-dən az olduqda, həmin kateqoriya üzrə müsabiqə keçirilməyəcəkdir.

 

Brif

Hər kateqoriya üçün təmin edilən brifə ingilis dilində məlumat, eləcə də iştirakçıların üzərində işləyəcəkləri məqsəd və vəzifələr daxildir. Brif müsabiqə cədvəlinə uyğun olaraq təqdim olunacaq:

Film və Print kateqoriyaları üzrə iştirakçılar 16 aprel tarixində brifi həm online qaydada, həm e-mail vasitəsilə elektron formada alacaqlar. Print kateqoriyası üzrə brif toplantısı Bakı vaxtı ilə saat 12:00-da, film kateqoriyası üzrə isə 13:30-da Zoom-da online qaydada baş tutacaq. Print kateqoriyası üzrə işin ən gec təhvil verilmə vaxtı 17 aprel saat 13:00, film kateqoriyası üzrə işin ən gec təhvil verilmə vaxtı isə 19 aprel saat 14:30-dur.

Təqdim edilən işlərin formatı

Müsabiqə çərçivəsində yaradılan bütün işlər müvafiq briflərdə göstərilən tələblərə uyğun olmalıdır.

Münsiflər heyəti

21-30 aprel 2022 tarixləri arasında təşkilatçı tərəfindən seçilmiş münsiflər heyəti iki kateqoriyanın hər birində qalib gələn komandaları müəyyənləşdirəcək. Münsiflər heyətinin qərarı müzakirə olunmur və dəyişdirilə bilməz. Təşkilatçı münsiflər heyətini seçmək və zəruri hallarda dəyişdirmək hüququna malikdir.

Qaliblər

Münsiflər Heyəti hər iki kateqoriya üzrə iki iştirakçıdan ibarət qalib komandanı müəyyənləşdirir.

Müsabiqənin əsas mükafatı

Müsabiqənin əsas mükafatı Film və Print kateqoriyalarında hər kateqoriya üçün iki nəfərdən ibarət komandanın "Young Lions Competitions 2022" finalında iştirak etmək hüququdur. Qaliblərin festivalda iştirak, yol və qalmaq xərcləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq. Bir nəfər üçün festivalda sadəcə iştirak haqqı €1535 təşkil edir. 
 

Təqdim olunan işlərin səviyyəsi aşağı olduqda, Təşkilatçı, Münsiflər Heyəti ilə razılaşdıraraq, qalibi müəyyən etməmək hüququna malikdir.

Müəllif və istifadə hüquqları

Müsabiqə iştirakçıları Film və Print kateqoriyalarının hər birində ortaya qoyduqları işlərdə istifadə etdikləri bütün materialların (fotoşəkillər, illüstrasiyalar, musiqi və s.) üçüncü tərəflərin müəllif və mülkiyyət hüquqlarını pozmadığına və işlərinə dair hər hansı bir iddianın olmadığına razıdırlar. Təqdim olunan hər hansı bir işdə üçüncü şəxslərin materiallarından qanunsuz istifadə olunduğu halda, təşkilatçı həmin işi müsabiqədən kənarlaşdıra bilər. “Young Lions Azerbaijan 2022” müsabiqəsində təqdim olunan bütün işlərin müəllifliyi və həmmüəllifliyi iştirakçıların ixtiyarındadır, lakin işlər kommersiya məqsədləri üçün istifadə edilə bilməz. Müsabiqədə iştirak etmək üçün işlərini təqdim edən iştirakçılar, təşkilatçıya (red. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kreativ Azərbaycan nəzərdə tutulur) işlərini istənilən formada dəyişdirmək və nəşr etmək üçün məhdudiyyətsiz hüquq verirlər.

Müsabiqənin qaydaları ilə razılıq

Qeydiyyat üçün ərizə dolduraraq iştirakçılar Azərbaycanda təşkilatçı tərəfindən keçirilən “Young Lions Azerbaijan 2022” qaydaları ilə razılaşırlar.

“Həyatımda etdiyim ən yaxşı seçimlərdən biridir” – Fibi Sloun, Young Lions Akademiyasının məzunu.
Bu il “Cannes Lions” Beynəlxalq Yaradıcılıq festivalının gənc reklam mütəxəssislərinə yönəlmiş “Young Lions” müsabiqəsi "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi"nin sponsorluğu və "Kreativ Azərbaycan"ın dəstəyi ilə Azərbaycanda da baş tutacaq. “Young Lions Azerbaijan 2022” 30 yaşadək gənc aslanları özünü göstərməyə və “Cannes Lions” həyəcanına səsləyir!
"Young Lions Azerbaijan 2022"də kateqoriya seçimi və qeydiyyat
Bu kateqoriyalarda qalib gələn komandalar 16 may-7 iyun 2022-ci il tarixlərində online qaydada keçiriləcək “Young Lions Competition” finalında mübarizə aparmaq imkanı əldə edəcək və Fransada baş tutacaq festivalda iştirak hüququ qazanacaqlar.

Müsabiqənin formatı onlayndır. İştirakçılar uzaqdan işləyəcək və işlərini onlayn təqdim edəcəklər. Bununla da, Azərbaycanın bütün şəhərlərindən olan istedadlı mütəxəssislərin maksimum iştirakını təmin etmək istəyirik. "Young Lions Azerbaijan 2022" qaliblərinin elanı 30 aprel tarixində ediləcək.

Müsabiqənin heşteqi: #younglionsaze

Müsabiqə cədvəli

2022-04-05
Çərşənbə axşamı
2022-04-05 - 2022-04-05
Çərşənbə axşamı
Tərəfdaşlıq elanı

"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi"nin sponsorluğu və "Kreativ Azərbaycan"ın dəstəyi ilə “Young Lions Azerbaijan” gənc aslanları özünü göstərməyə və “Cannes Lions” həyəcanına səsləyir!

2022-04-05
Çərşənbə axşamı
15:00:00
2022-04-05 - 2022-04-05
Çərşənbə axşamı
15:00:00
Müsabiqə elanı və qeydiyyatın başlanması (online)

Qeydiyyat üçün müraciətlər iki kateqoriya üzrə qəbul olunur: Film və Print. Qeydiyyat ərizələrinin qəbulu 5 aprel 2022-ci il, Çərşənbə axşamı, Bakı vaxtı ilə saat 15:00-da başlayır.

2022-04-08
Cümə
2022-04-08 - 2022-04-08
Cümə
Münsiflər heyətinin elanı (online)

Yerli və beynəlxalq münsiflər heyətinin tərkibi elan edilir.

2022-04-13
Çərşənbə
00:00:00
2022-04-13 - 2022-04-13
Çərşənbə
00:00:00
Qeydiyyatın başa çatması (online)

Qeydiyyat 13 aprel çərşənbə, Bakı vaxtı ilə saat 24:00-da başa çatır.

2022-04-16 - 2022-04-16
Şənbə
12:00:00
2022-04-16 - 2022-04-16
Şənbə
12:00:00
Yerli müsabiqə

Film və Print kateqoriyaları üzrə iştirakçılar 16 aprel tarixində brifi həm online qaydada, həm e-mail vasitəsilə elektron formada alacaqlar. Print kateqoriyası üzrə brif toplantısı Bakı vaxtı ilə saat 12:00-da, film kateqoriyası üzrə brif toplantısı isə saat 13:30-da Zoom proqramında online qaydada baş tutacaq. 

2022-04-21 - 2022-05-07
Cümə axşamı
2022-04-21 - 2022-04-21
Cümə axşamı
Münsiflərin qiymətləndirmə prosesi (Online)
2022-05-07
Şənbə
2022-05-07 - 2022-05-07
Şənbə
Qaliblərin elanı & Mükafatlandırma
2022-05-16 - 2022-06-07
Bazar ertəsi
2022-05-16 - 2022-05-16
Bazar ertəsi
Beynəlxalq Müsabiqə (Cannes)
SUALLAR
Suallarınıza cavab tapmasanız, bizimlə əlaqə saxlayın
E-mail: info@canneslions.az
Telefon: +994 55 703 11 20