"Birbank Inspiration Stage" və mükafatlandırma mərasimi
1. Tədbir 13 aprel tarixində Nizami Kino Mərkəzində baş tutacaq.
2. Tədbir 3 hissədən ibarətdir:
  • “Inspiration Stage”də spikerlər gələn hər kəsi təqdimatları ilə ilhamlandıracaqlar, öz təcrübələrini bölüşəcəklər.
  • Mükafatlandırma mərasimində isə hər "Print", "Film" və "Dizayn" kateqoriyaları üzrə qaliblər və ikinci, üçüncü yerlərin sahibləri elan olunacaq və təbrik ediləcəkdir.
  • "After Party".
3. Tədbirə giriş iştirak edən komandalar üçün ödənişsiz (dəvətnamə ilə), digər şəxslər üçün isə 50 AZN təşkil edir.
4. Girişdə elektron poçtunuza gələn bileti çap etməyiniz və yaxud mobil telefonunuzda göstərmək kifayətdir. Elektron biletlər çatdırılmır və ya fiziki biletlərlə əvəz olunmur.
5. Hər bir biletin unikal nömrəsi olacaq və bu nömrə ilə hər qonağa qolbaq təqdim olunacaq.
6. Biletlərdə oturacaq nömrələri yoxdur, yəni hər kəs istədiyi yerdə əyləşə bilər.
7. Hər bilet üzərində qeyd edilən ad və soyada məxsus şəxs üçün keçərli olacaq.
8. Əlavə məlumat üçün: [email protected] və ya +994 51 255 72 97, +994 55 703 11 20 (WhatsApp, Messenger).